Borrell Qəzza zolağında xəstəxanaya edilən hücumun araşdırılmasını və günahkarların cəzalandırılmasını istəyib.
Medianews.az xəbər verir ki, bu haqda Avropa İttifaqının xarici siyasət şöbəsinin rəhbəri Josep Borrell sosial şəbəkələrin birində bildirib.
“Qəzzada Əl-Əhli Ərəbi Baptist Xəstəxanasından gələn xəbərlər artıq bir neçə gündür ki, gözümüzün önündə cərəyan edən faciənin dəhşətini daha da artırır”- o yazıb.
Borell həmçinin baş verənlərə görə məsuliyyət daşıyanları tapmağa çağırıb.
Qeyd edək ki, Qəzza zolağında tibb müəssisəsinə edilən hücum nəticəsində 800 nəfər həyatını itirib.
Qəzza Səhiyyə Nazirliyi daha əvvəl 500 qurban və yaralı haqqında məlumatı təsdiqləyib.
Medianews.az