HƏMAS-ın İsrailə hücumu nəticəsində 3 Azərbaycan vətəndaşı həlak olub, 1 nəfər isə itkin düşüb.
“Report” xəbər verir ki, bu barədə İsrail KİV-ləri məlumat yayıb.
Məlumatda HƏMAS-İsrail müharibəsi nəticəsində həlak olan və itkin düşən əcnəbilərin siyahısı da əks olunub. Siyahıya əsasən, ümumilikdə, müharibə nəticəsində 218 nəfər xarici ölkə vətəndaşı həlak olub, 78 nəfər itkin düşüb.