İstanbulda yerləşən İsrail Baş Konsulluğu ətrafında maneə tədbirləri görülür.
Medianews.az xəbər verir ki, polis İsrail Baş Konsulluğunun ətrafını dəmir baryerlər və TOMA-larla bağlayıb.
Dünən axşam saatlarında İsrailin İstanbuldakı Baş Konsulluğu qarşısına toplaşan vətəndaşlar hücuma etiraz ediblər.
Etirazçılar dağıldıqdan sonra polis konsulluğun ətrafında təhlükəsizlik tədbirləri görməyə başlayıb.
Binada işləyənlərdən başqa konsulluğun ətrafına heç kəs buraxılmır.
Medianews.az