Rusiyanın Xabarovsk diyarında yanğın zamanı dörd yaşlı uşaq ölüb.
Medianews.az xəbər verir ki, alov taxtadan tikilmiş yaşayış binasını bürüyüb. Yanğın zamanı isə, uşaq evdə tək olub və otaqdan çıxa bilməyib.
Faktla bağlı “Ehtiyatsızlıqdan ölümə səbəb olma” maddəsi ilə cinayət işi başlanıb.
Medianews.az