İsraillə HƏMAS arasındakı qarşıdurma 12 gündür davam edir.
Medianews.az xəbər verir ki, Qəzza xəstəxanasının hədəf alınmasından sonra bölgədə vəziyyət daha da gərginləşib.
Həmçinin, 500 nəfərin həlak olduğu hücumdan sonra bütün ölkələr bəyanatlar səsləndirir.
Fələstin Xarici İşlər Nazirliyi hücumu “müharibə cinayəti” kimi qiymətləndirib. Hücumdan sonra Fələstində 3 günlük matəm elan edilib.
Medianews.az