Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi Azərbaycan xalqını təbrik edib.
Bu barədə Aİ Nümayəndəliyinin “Facebook” hesabında paylaşım edilib.
“Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi Azərbaycan xalqını 18 oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edir. Azərbaycana sülh və əmin-amanlıq arzu edirik”, paylaşımda qeyd olunub.(Apa)