Fransada 6 hava limanının bomba təhdidləri və hücum təhlükəsi səbəbindən boşaldıldığı bildirilib.
Medianews.az xəbər verir ki, Fransa Mülki Aviasiya Baş Müdirliyi Lill, Bron, Nice, Nantes, Toulouse və Beauvais hava limanlarından heç bir təyyarənin havaya qalxmadığını və növbəti xəbərdarlığa qədər uçuşların dayandırıldığını açıqlayıb.
Milli mətbuatda yer alan xəbərə görə, bu gün səhər saatlarında polis rəsmiləri sözügedən hava limanları üçün elektron poçt vasitəsilə bomba və hücum bildirişləri alıb.
Xəbərdarlıqların ardından təhlükəsizlik qrupları hərəkətə keçib.
Hava limanlarında bomba axtarışları aparılır.
Medianews.az