Braziliyanın Minas Gerais ştatında 11 yaşlı qız babasının evində internetdə cadugərlik araşdırması aparıb.
Medianews.az xəbər verir ki, internetdə gördüyü təcrübəni tətbiq etməyə çalışan qız evi yandırıb.
Evdə olan nənə və baba xilas olmaq üçün pəncərədən atılmalı olublar.
Hadisə yerinə gələn polis qrupları qonşularının yerə atdığı döşəyin üzərinə düşən cütlüyün həyatını xilas edə bilib. Hadisə zamanı 11 yaşlı qızın harada olması barədə məlumatın olmadığı bildirilib.
Medianews.az