Azərbaycanda 3,1 bal gücündə zəlzələ baş verib.
Bu barədə Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 02:37-də Şamaxı və Qobustan rayonlarının sərhəddində qeydə alınıb. Zəlzələ 2 km dərinlikdə olub.
Yeraltı təkanlar hiss olunmayıb.