“Hər kəs qurudan hücumdan danışır, amma bu, başqa bir şey ola bilər”.
Medianews.az xəbər verir ki, bu barədə İsrail ordusunun sözçüsü açıqlama verib.
Polkovnik-leytenant Riçard Hecht verdiyi açıqlamada bildirib ki, İsrail ordusu Qəzza zolağına qarşı əməliyyatının növbəti mərhələsinə hazırlaşır, lakin planlar qaçılmaz quru hücumu ilə bağlı geniş yayılmış gözləntilərə uyğun gəlməyə bilər:
“Biz müharibənin növbəti mərhələlərinə hazırlaşırıq. Onların nə olacağını deməmişik. Zərəri azaltmaq üçün əlimizdən gələni edirik” .
Medianews.az