İsrail Xarici İşlər Nazirliyi model Gigi Hadidə sosial mediada Fələstinə dəstək verdiyi üçün öz etirazını bildirib.
Medianews.az xəbər verir ki, Amerika modeli Gigi Hadid öz instagram hesabında İsrail hakimiyyətini pisləyib və tənqid edib.
İsrail Xarici İşlər Nazirliyi modelin paylaşımına reaksiya bildirib:
“Salam Gigi, aşağıdakı kadrlar sizin üçündür. Son bir həftə yatmısınız? Yoxsa yəhudi körpələrinin öz evlərində öldürülməsinə göz yumursunuz? Səssizliyiniz mövqeyinizi açıq şəkildə göstərir. Əgər bunu qınamırsınızsa, sözləriniz heç bir məna daşımır”, – deyə ölkə rəsmiləri bildirib.
Hadidin özü isə hələlik siyasətçilərin açıqlamalarına cavab verməyib.
Medianews.az