İsrail polisi fələstinli müğənni Dellal Əbu Amini sosial şəbəkədə “Fələstini dəstəklədiyi və İsrail əleyhinə paylaşımlar etdiyi” səbəbilə saxlayıb.
Medianews.az xəbər verir ki, məsələ ilə bağlı İsrail polisindən yazılı açıqlama verilib.
Açıqlamada Nazaret şəhərində yaşayan sosial mediada nüfuzlu müğənninin “Fələstinə dəstək vermək və hadisələri təhrik etmək” şübhəsi ilə saxlanıldığı bildirilib.
Polisin həbs müddətinin uzadılması tələbi ilə fələstinli müğənninin Nazareth Sülh Cəza Məhkəməsinə sövq ediləcəyi bildirilib.
1983-cü ildə Nazaretdə anadan olan, həm də həkim və prodüser olan Dellal Əbu Amine evlidir və iki uşaq anasıdır. Əbu Aminin İnstaqram hesabında 309 min izləyicisi var.
Medianews.az