Rusiyanın Xabarovks bölgəsində polis 64 yaşlı kişinin evindən təxminən üç kiloqram barıt götürüb.
Medianews.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin region üzrə mətbuat xidmətindən məlumat verilib.
Onun mənzilindən 11 metal qutu, iki karton qutu və partlayıcı maddələrin saxlandığı şüşə qab aşkar edilib.
Qeyd edək ki, şəxs saxlanılıb. Onun barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 222.1-ci maddəsi ilə cinayət işi açılıb.
Medianews.az