Məşhur aktrisa Beren Saat və aktyor Kıvanç Tatlıtuğu 14 ildən sonra bir araya gətirən “İstanbul İçin Son Çağrı” filmi noyabrın 24-də tamaşaçılarla təqdim ediləcək.
Medianews.az xəbər verir ki, film bütün dünyada eyni vaxtda Netflix-də yayımlanacaq.
14 ildən sonra eyni layihədə görüşən Beren Saat və Kıvanç Tatlıtuğun filmi Nyu Yorkda çəkilib. Filmin çox məşhur bir eşq romanı əsasında çəkildiyi bildirilir.
Xatırladaq ki, illər əvvəl “Kanal D”də yayımlanmış “Aşk-ı Memnu” serialında baş rolları Beren Saat (Bihter) və Kıvanç Tatlıtuğ (Behlül) canlandırıblar.
Medianews.az