Rusiya bankı bir və beş min rubl nominalında yeni əskinasları dövriyyəyə buraxıb.
Medianews.az xəbər verir ki, yeni min rublluq əskinasın əsas təsviri Nijni Novqoroda həsr olunub.
Nominal dəyəri min rubl olan əskinasda Nijni Novqorod Kremlinin Nikolskaya qülləsi, arxa tərəfində isə Kazanda Tatar Xalqının və Tatarıstan Respublikasının Dövlətçilik Tarixi Muzeyi, Syuyumbike qülləsi təsvir edilmişdir.
Mərkəzi Bank qeyd edib ki, modernləşdirilmiş əskinaslar mərhələli şəkildə, 1997-ci il modelinin əskinasları ilə bərabər dövriyyəyə buraxılacaq.
Medianews.az