Yaxın gələcəkdə rus qadınları üçün analıq müavinətlərinin məbləğinin əhəmiyyətli dərəcədə artması gözlənilir.
Medianews.az xəbər verir ki, bu barədə Rusiya Sosial Fondunun rəhbəri Andrey Çirkov danışıb.
Onun sözlərinə görə, 2024-cü ildə bu ödənişlər cari illə müqayisədə 54 faiz artacaq.
Pul ifadəsində söhbət analığı dəstəkləmək üçün istifadə olunacaq 678 milyard rubldan gedir.
Lakin artım bununla bitməyəcək.
Artıq 2025-ci ildə analıq müavinətlərinin məbləği daha da artacaq – indiki səviyyədən iki dəfə çox.
Qeyd edək ki,analığa dəstək sisteminin təkmilləşdirilməsi üçün başqa təşəbbüslər də var. Xüsusilə, Federasiya Şurası kənd yerlərinin sakinləri üçün müavinətlərin məbləğinin şəhərlərə bərabərləşdirilməsi təklifi ilə çıxış edib.
Medianews.az