Türkiyə millisinin AVRO-2024-də iştirakının təmin olunduğu Latviya matçından sonra prezident Rəcəb Tayyib Ərdoğan futbolçulara zəng edərək onları təbrik edib.
Medianews.az xəbər verir ki, bu arada futbolçu Barış Alper Yılmaz özünü təqdim etmək üçün Ərdoğana dediyi sözlər hər kəsi güldürüb.
Futbolçunun “Mən Barışam. Barış Alper, Rizədən”, deməsi hər kəsin gülüşünə səbəb olub.
Ərdoğan isə cavabında Alperə “Uğurlarınızın artaraq davam etməsini arzulayıram” deyib.
Medianews.az