Prezident Rəcəb Tayyib Ərdoğan ilə İran Prezidenti İbrahim Rəisi arasında telefon danışığı olub.
Medianews.az xəbər verir ki, Türkiyə Rəyasət Heyətinin Kommunikasiyalar Müdirliyindən bu barədə açıqlama verilib.
Bildirilib ki, İsrail-Fələstin münaqişəsi, bölgədə artan gərginlik və həll yolu üçün atılacaq addımlar müzakirə edilib.
Görüş zamanı ƏrdoğanTürkiyənin humanitar yardımların çatdırılması üçün sıx səy göstərdiyini, gərginliyi artıran addımlardan qaçınılması lazım olduğunu və qarşılıqlı olaraq müsbət addımların atılacağını ifadə edib.
Medianews.az