Çimərlik üzrə güləşçimiz İbrahim Yusubov ardıcıl 2-ci dəfə dünya çempionu oldu.
O, Türkiyənin Muğla bölgəsinin Sarıgerme qəsəbəsində keçirilən yarışda buna nail olub.
İbrahim Yusubov 90 kq çəki dərəcəsində Dünya Seriyasının Final mərhələsində gümüş medal qazanıb. Seriyanın 5 mərhələsinin yekununa əsasən, hamıdan çox xal toplayan güləşçi dünya çempionu titulunu qoruyub.