10 yaşlı məktəbli qızın üzgüçülük məşqindən sonra komaya düşdü.
Medianews.az xəbər verir ki, bu hadisə Rusiyanın Novosibirsk şəhərində baş verib.
Məktəblinin anasının sözlərinə görə, dərs zamanı məşqçi üzgüçülük dirəyi ilə qızın başına iki dəfə zərbə endirib. Zərər çəkən məktəbli isə, məşqiçinin onun başına vurduğunu inkar etməyib.
Məktəbli qız iki gün huşsuz qalıb. Həkimlər qapalı kəllə-beyin travması və beyin silkələnməsi diaqnozu qoyub və o, süni nəfəs aparatına qoşulub. Reanimasiyadan sonra uşaq neyrocərrahiyyə şöbəsində müalicə olunub.
Novosibirsk vilayəti üzrə İstintaq orqanları faktla bağlı cinayət-prosessual araşdırma aparır.