Bu il 21-ci əsrin ən sərt qışı olacaq.
Medianews.az xəbər verir ki, bu barədə məşhur meteoroloq Yevgeni Tişkovets məlumat verib.
Proqnoz PRIMPRESS saytında dərc olunub:
“Qarşıdan gələn qış təzadlı, bizim öyrəşdiyimizdən tamamilə fərqli olacaq. Qitənin şimal-qərb hissəsindən atlantik siklonlar Rusiyaya tez-tez gəlməyə başlayacaq və iki həftəyə qədər davam edəcək.
Noyabr payızın ən xoşagəlməz ayı olacaq. Bir çox rayonlarda yağıntının miqdarı normanı 20 faiz keçəcək.
Qış aylarında isə güclü temperatur dəyişiklikləri ilə qarşılaşacağıq. Ümumiyyətlə, dekabr-fevral aylarında termometrlər normadan bir neçə dərəcə yuxarı olacaq. Şiddətli şaxtalar yerini əriməyə verməyə başlayacaq. Bu, rayonlara vaxtaşırı şaxtalı yağış, buz və qar yağmasına səbəb olacaq”.
Medianews.az