Həmas-İsrail qarşıdurmasının 10-cu günü olmasına baxmayaraq vəziyyət gərgin olaraq qalır.
Medianews.az xəbər verir ki, çoxlu mülki vətəndaşın həyatını itirdiyi müharibədə iştirak etdiyi iddia edilən İrandan İsrailə xəbərdarlıq gəlib.
Xarici işlər naziri Abdullahiyan bu haqda deyib:
“İsrailə Qəzzada törətdikləri cinayətlərin qarşısı alınmazsa, sabah çox gec olacağını bildirdik”
Netanyahu isə vurğulayıb ki, Həmas bizim bölünəcəyimizi düşünürdü, amma biz HƏMAS-ı parçalayacağıq”.
Qeyd edək ki, İsrail Qəzzada Küveyt xəstəxanasının dərhal boşaldılmasını tələb edib.
Medianews.az