Argentina millisinin hücumçusu Lionel Messi Analar Gününü qeyd etmək üçün milli komandadan ayrılıb.
Medianews.az xəbər verir ki, bazar günü səhər saatlarında milli komanda ilə məşq edən Messi daha sonra şəxsi təyyarə ilə doğulduğu Rosario şəhərinə gedib.
Futbolçunun bir neçə saat ərzində komandanın olduğu yerə dönəcəyi gözlənilir.
Qeyd edək ki, çərşənbə axşamı argentinalılar DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Peru ilə səfər matçı keçirəcək.
Medianews.az