Antalyada 2 avtomobil və motosikletin iştirakı ilə baş verən qəzada ağır yaralanan və 40 gün reanimasiyada müalicə alan “Antalyaspor”un braziliyalı futbolçusu Naldo Pereriyanın 4 yaşlı oğlu Davi Pereria həyatını itirib.
Medianews.az xəbər verir ki, qəza baş verəndən sonra təcili yardım Davi Pererianı həyata qaytarmaq üçün müdaxilə edib.
Həkimlərin səyi nəticəsində ürəyi yenidən döyünən 4 yaşlı uşaq xəstəxanada reanimasiyada dünyasını dəyişib.
Antalyaspor-dan verilən açıqlamada, “Səni unutmayacağıq Davi” ! Ötən ay qəza keçirən futbolçumuz Naldo Pereyranın oğlu Davinin vəfat etməsi xəbərini aldıq. Allah balaca Daviyə rəhmət eləsin, başsağlığı veririk” ifadələri yer alıb.
Medianews.az