Birinci sinifdə oxuyan üç şagird sinif yoldaşının onurğasını sındırıb.
Medianews.az xəbər verir ki, dəhşətli hadisə Rusiyanın Sankt-Peterburq şəhərində baş verib.
Verilən məlumata görə, oğlanlar yeddi yaşlı sinif yoldaşının qollarından və ayaqlarından tutub, sonra onu masaya atıblar.
Xəstəxanaya çatdırılan tələbəyə onurğa sütununun sıxılma sınığı diaqnozu qoyulub.
Hadisə ilə bağlı araşdırma aparılır.
Medianews.az