İstanbulun Tarixi Yarımadada yerləşən Ədviyyat Çarşısı və ətrafı ən işlək günlərindən birini yaşayıb.
Medianews.az xəbər verir ki, bazarda görünməyən izdiham yaşanıb.
Kütlənin arasından keçməyə çalışanlar uzun müddət gözləməli olublar.
Eminönü və Ədviyyat bazarında günorta saatlarında başlayan izdiham xüsusilə saat 15.00-dan sonra artıb.
Tarixi Yarımadanı ziyarət etməyi üstün tutan turistlərin təsiri ilə Ədviyyat Çarşısından Qapalı Çarşıya qədər olan nöqtədə sıxlıq yarandığı bildirilib.
Medianews.az