Cütlük saxladığı itlərinin hücumuna məruz qalıb. 66 yaşlı kişi ölüb, 64 yaşlı qadın isə ağır yaralanıb.
Medianews.az xəbər verir ki, hadisə Avstraliyanın Cənubi Tasmaniya bölgəsində baş verib.
Hadisə yerinə gələn polis evdə bir kişi və bir qadının ağır yaralandığını aşkar edib.
Ayaqlarından ağır xəsarət alan şəxs hadisə yerində dünyasını dəyişib. Yaralanan qadın isə xəstəxanaya aparılıb.
Qadının vəziyyətinin stabil olduğu bildirilib.
Təcavüzkar it yerli bələdiyyə məmuru tərəfindən evtanaziya edilib.
Medianews.az