İsrail və Fələstin arasında müharibə davam edən bir vaxtda fanatik yəhudilər İordan çayının qərb sahilində və Şərqi Qüdsdə fələstinliləri hədəfə alıblar.
Medianews.az xəbər verir ki, bu barədə məlumat Middle East Eye saytında dərc olunub.
Məlumata görə, fanatik yəhudilər sosial media tətbiqi ilə qrup yaradıblar.
“Nazi Ovçuları 2023” adı altında təşkil edilən fanatik qrupun fələstinlilərə qarşı sui-qəsd siyahısı hazırladığı üzə çıxıb.
Müharibə başlamasından sonra qurulan qrup ivrit dilində yayımlar edir. İzləyici sayının 3 min 500-dən çox olduğu bildirilib.
Qrupda; Məscid, universitet və biznes mərkəzləri kimi yerlərə hücum çağırışları da olub.
Medianews.az