İraq əsilli Amerikalı makiyaj ustası və “Huda Beauty” şirkətinin baş meneceri Huda Kattan israilli izləyicilərinin Fələstinə verdiyi dəstəyə görə “boykot” reaksiyasına “mən qanlı pulu istəmirəm” deyərək cavab verib.
Medianews.az xəbər verir ki, Huda Kattan İsrail və HƏMAS arasındakı müharibədən doğan humanitar böhranla bağlı paylaşımlarına və fələstinliləri dəstəkləməsinə baxmayaraq, mövqeyini dəyişməyib.
Huda Kattan uzun illərdir ki, İsrailin Fələstin torpaqlarını işğal etməsinə reaksiya verir. O, Fələstini dəstəkləmək üçün daim paylaşımlar edir.
Medianews.az