İttihama görə, Qabil Mustafayevin arvadının mobil telefonuna həmkəndliləri mütəmadi olaraq zənglər ediblər. Bununla bağlı olaraq ata və oğlu zərərçəkmiş Xəlil Əsgərovu (şərti) cəzalandırmaq qərarına gəliblər. Bu məqsədilə onlar 14 iyul 2022-ci il tarixdə, saat 17-18 radələrində xuliqanlıq niyyəti ilə zərərçəkmişin bədəni üzərində sol baldır, sol iç topuq, sağ dirsək nahiyələrində sıyrıqlarla nəticələnən və sağlamlığına zərər vurmayan xəsarətlər yetiriblər.
Daha sonra Sakit və Qabil Xəlilin əyninə zorla qadın alt paltarları geyindirərək VAZ-2121 markalı avtomobillə yaşadıqları kənddən Lerik şəhərinin “Avtovağzal” adlanan ərazisinə gətiriblər. Həmin şəxslər orada insan çox olan yerdə Xəlili buraxıb, ünvanına nalayiq ifadələr işlədiblər.