5 mərtəbəli binanın döşəmə qatında sürüşmə baş verib.
Medianews.az xəbər verir ki, hadisə İstanbul Esenlerdə yaşanıb.
Yaşayış binasının sakinləri səs eşitdikdən sonra çölə çıxıb və torpaq sürüşməsi səbəbindən binalar arasında boşluq olduğunu görüblər.
Vətəndaşlar vəziyyətlə bağlı aidiyyatı qurumları məlumatlandırıb və binadan təxliyə olunublar. Hadisə yerinə gələn polis qrupları binanı möhürləyib və ərazidə təhlükəsizlik tədbirləri görüb.
Hadisə ilə bağlı işlər araşdırmalar nəticəsində binanın sökülüb-sökülməyəcəyi ilə bağlı qərar veriləcəyi bildirilib.
Medianews.az