İranın ən məşhur kino-rejissoru Dariuş Mehrcui və həyat yoldaşı öldürülüb
Elburz əyalətinin polisi İranın ən məşhur kino-rejissoru Dariuş Mehrcuinin Kərəcdəki şəxsi villasında meyitinin tapıldığını açıqlayıb.
İranın dövlət mediası yazıb ki, Mehrjooi və onun həyat yoldaşının öldürülməsi ilə bağlı bəzi xəbərlərdən sonra polis bununla bağlı araşdırmalara başlayıb.
Onlar bıçaq zərbəsi ilə qətlə yetiriliblər.
Qeyd edək ki, Mehrjooi son zamanlar İran rejimi barədə tənqidi fikirlər səsləndirirdi.