Bir müddətdir mədəaltı vəzi xərçəngi ilə mübarizə aparan məşhur rəqqasə Tanyeli Türkiyədə müalicəsini başa vurub.
Medianews.az xəbər verir ki, Tanyelli yenidən əməliyyat olunmaq üçün gələn həftə Kubaya gedəcək.
Gələn həftə Kubaya gedəcək və müalicəsini orada davam etdirəcək Tanyelini sənətçi dostları da tək qoymur. Yıldız Tilbe, Haluk Şentürk, Ebru Gündeş, Ayşe Yıldız və digər dostları Tanyeliyə dəstəklərini əsirgəmirlər.
İllər əvvəl xərçəng xəstəliyindən anasını itirən Tanyeli bir müddət əvvəl eyni xəstəlikdən qardaşını da itirmişdi.
Medianews.az