Kollec tələbəsi 18 yaşına bir həftə qalmış vəfat edib.
Medianews.az xəbər verir ki, hadisə Rusiyanın Penza şəhərində baş verib.
Penza Müasir Emal Texnologiyaları və Biznes Kollecində oxuyan qızın meyiti, digər tələbələr tərəfindən binada mərtəbələr arası keçiddə tapılıb.
Polis materialları toplayarkən mərhumun sevgilisini dindirib. O, ailədaxili münaqişə zəminində qızı təsadüfən pilləkənlərdən aşağı itələdiyini etiraf edib.
Pilləkəndən yıxılarkən qızın başı betona dəyib və o, aldığı xəsarətdən yerindəcə keçinib.
Qeyd edək ki, qızın sevgilisi saxlanılıb. Faktla bağlı cinayət işi açılıb.
Medianews.az