44 yaşlı kişi autizmli 10 yaşlı qızı bir neçə saat saxlayıb və ona təcavüz edib.
Medianews.az xəbər verir ki, hadisə Nijni Novqorod şəhərinin Sormovski rayonunda baş verib.
Oktyabrın 11-i axşam saatlarında 10 yaşlı qız yataqxanadan yoxa çıxıb. Polis və könüllülər onu 3 saatdan çox axtarıblar və nəticədə əvvəllər məhkum olunmuş 44 yaşlı qonşunun evində tapılıb. O, uşağı divanın yuvasında gizlədib.
Sakinlər dəhşətli hadisədən şoka düşüblər. Həmin insanı tanıyanlar onun buna qadir olduğuna inana bilmirlər. Deyiilənə görə, o, həmişə xeyirxah və pozitiv biri olub.
Polis tərəfindən saxlanılan şəxs məhkəmənin qərarı ilə 2 ay həbs edilib.
Medianews.az