BMT Qəzzada yüzlərlə uşağın öldüyünü və yaralandığını bildirib.
Medianews.az xəbər verir ki, BMT-nin Uşaq Fondunun sözçüsü Ceyms Elder bildirib ki, İsrail Müdafiə Qüvvələrinin (IDF) bombardmanları nəticəsində Qəzzada yüzlərlə uşaq ölüb və yaralanıb.
Bu vəziyyətin qəbuledilməzliyini və uşaqların qorunmasının vacibliyini qeyd sözçü Qəzzadə hava hücumları nəticəsində yüzlərlə uşaq öldüyünü və yaralandığını bildirib bu rəqəmin hər saat artdığını əlavə edib.
Təşkilat nümayəndəsinin sözlərinə görə, bir çox ailələr və uşaqlar da blokadaya görə yeməksiz qalırlar.
Elder aydınlaşdırıb ki, Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, oktyabrın 7-dən Qəzzada 447 uşaq öldürülüb.