Paraqvay millisinin hücumçusu Antonio Sanabria DÇ-2026-nın seçmə mərhələsinin oyununun sonunda Argentina millisinin hücumçusu Lionel Messiyə tüpürüb.
Medianews.az xəbər verir ki, hadisə 84-cü dəqiqədə futbolçular arasında şifahi mübahisədən sonra baş verib, sonra Sanabria Messinin kürəyinə tüpürüb.
“Mən bu oğlanın kim olduğunu belə bilmirəm. Bu barədə danışmayacağam, əks halda o, çox məşhurlaşacaq”, – Messi deyib.
Medianews.az