Fəhlə işlədiyi tikintidən yıxılaraq faciəvi şəkildə ölüb.
Medianews.az xəbər verir ki, hadisə Trabzonda baş verib.
Kaşüstü rayonunda inşaatda elektrik işləyən Eyüp İnan liftin şaxtasına düşüb.
Dostlarının məlumat verməsindən sonra əraziyə polis və sağlamlıq qrupları sövq edilib.
Araşdırmada iki uşaq atası İnanın həyatını itirdiyi müəyyən edilib.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Medianews.az