Rusiya Federasiyası Xarici İşlər Nazirliyində baş direktor olan Nikolay Kobrinetsin İstanbulda Taksim otelində meyiti tapılıb.
“Unikal” Türkiyə mediasına istinadən xəbər verir ki, Kobrinets diplomatların görüşündə iştirak etmək üçün İstanbula gəlib.
Qaldığı otel otağında çarpayıda hərəkətsiz vəziyyətdə tapılan diplomatın ürəktutmadan öldüyü ehtimal edilir.
Ölüm səbəbini dəqiqləşdirmək üçün Nikolay Kobrinetsin meyiti tibbi ekspertizaya aparılıb. Polis faktla bağlı araşdırmalara başlayıb.