Oktyabrskidə 16 yaşlı qızın yandırılması ilə bağlı yeni təfərrüatlar üzə çıxıb.
Medianews.az xəbər verir ki, yeni təfərrüatları KP-Perm agentliyi yayıb.
Nəşrin məlumatına görə, iyul ayında dəmiryolu yaxınlığında ağır vəziyyətdə tapılan məktəbli qızı vəhşicəsinə qətlə yetirməkdə təqsirləndirilən yeniyetmə onu gecə saatlarında evdən qaçmağa razı salıb, öz yerinə gətirib.
KP-Perm agentliyində qızın ölümündən əvvəl dostuna göndərdiyi son videolar var.
Məktəbli qızın dostuna göndərdiyi ümumilikdə üç video var. İlk ikisi çox qısadır. Onlarda qız oturduğu çarpayıdan qalxır və evə necə girdiyini və harada olduğunu xatırlamadığını deyir.
İkinci videoda onun qətlində ittiham olunan yeniyetmənin səsi eşidilir. Qıza bir stəkan maye gətirir və deyir: “Budur, bir dənə də iç,”. Məktəbli qız rədd edir və deyir: “Yox, daha içməyək, xahiş edirəm, bir daha heç nə xatırlamayacağam”.
Onun həmyaşıdı məktəbli qızı qətlə yetirməkdə şübhəli bilinərək saxlanılıb. O, günahını etiraf edib və hazırda həbsdədir. Oktyabrski sakinləri onun qətli xüsusi amansızlıqla təkbaşına törətdiyinə inanmırlar. Onlar Rusiya Federasiyasının İstintaq Komitəsi ilə əlaqə saxlayıblar, bundan sonra Nijni Novqoroddan Perm diyarına gələn yeni müstəntiq istintaqı öz üzərinə götürüb.
Medianews.az