Bakı Kommersiya Məhkəməsində Xızı Rayon Mərkəzi Xəstəxanasının “Azəriqaz” İB-yə qarşı iddiası əsasında məhkəmə iclası başlayıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nərmin Əhmədovanın sədrliyi ilə keçirilən prosesdə tərəflərin iddiaları dəqiqləşdirilib. Məhkəmənin növbəti iclası oktyabrın 24-nə təyin edilib.
Qeyd: Xızı Rayon Mərkəzi Xəstəxanası “Azəriqaz” İB-ni məhkəməyə verərək istehlak edilmiş təbii qaz enerjisinin daha aertıq yazılması barədə tələb irəli sürüb.