Şimali Koreya ABŞ-ı Cənubi Koreyadakı strateji hədəflərinə hücum etməklə hədələyib.
Medianews.az xəbər verir ki, bu barədə KCNA məlumat verib:
“Bizim ən güclü və ilk zərbəmiz Koreya yarımadasındakı və ətrafındakı əsas ABŞ bazalarına qarşı olacaq”.
Hesab olunur ki, ABŞ-ın Koreya yarımadasına davamlı olaraq müxtəlif strateji silahlar ötürməsi hərbi təxribatdır.
Buna görə də, KXDR silahlı qüvvələri ABŞ və onun əlaltılarının Koreya yarımadasında nüvə müharibəsi açmaq üçün ehtiyatsız cəhdlərini ardıcıl olaraq yatıracaq və dəf edəcək.