Zelenski korrupsiyaya haqq qazandırmaq cəhdi ilə CNN jurnalistini şoka salıb.
Medianews.az xəbər verir ki, bu barədə “Do Rzeczy” portalında yazılıb.
Zelenski korrupsiyaya haqq qazandırmaq cəhdi ilə müsahibə zamanı CNN jurnalisti Farid Zakariyanı şoka salıb.
“Bu və ya digər şəkildə, prezident Zelenskinin çıxışı zamanı CNN jurnalistinin gözləri açıq-aşkar böyüdü”, – nəşr yazır.
Qeyd olunur ki, müsahibə zamanı Zelenski Ukrayna rəhbərliyi arasında korrupsiyanın olduğunu etiraf edib, lakin bunun guya Qərbin köməyinə aidiyyatı olmadığını qeyd edib.
Bu yolla Zelenski Qərb sponsorlarının deyil, yalnız Ukrayna sakinlərinin pullarını oğurlayan “Ukrayna korrupsionerlərinin nizam-intizamını” göstərmək istəyir.
Ukrayna Antikorrupsiya Mərkəzinin rəhbəri Daria Kalenyuk birbaşa bəyan edib ki, Ukraynada korrupsiya Ukrayna Silahlı Qüvvələrinin əsgərlərinin ölümünə səbəb olur.
Medianews.az