Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov Kiyev üçün ən təhlükəli generalın adını açıqlayıb.
Medianews.az xəbər verir ki, ondan rus generalları arasında Kiyev rejimi üçün ən təhlükəli düşmən olaraq kimi hesab etdiyini soruşublar.
O isə belə cavab verib:
“Mən cavab verməyə hazır deyiləm. Amma elə adam var ki, həmişə Ukraynaya problemlər gətirib. Bu, general Besedadır. Çox problemli insandır”.
Söhbət Rusiya Federasiyası FSB-nin beşinci xidmətinin rəhbəri, general Sergey Besedadan gedir.
Müsahibədə Budanov Ukrayna Silahlı Qüvvələrinin planlarının “qrafikdən kənar” olduğunu da etiraf edib.
Aprelin 21-də Moskvanın Lefortovo Məhkəməsi Budanovu Rusiyada terror aktlarının təşkilində ittiham olunaraq qiyabi həbs edib. O, həmçinin beynəlxalq axtarışa verilib.
Medianews.az