“İtaliyada infrastruktur çox pisdir”.
“Report” “Football Italia”ya istinadən xəbər verir ki, bunu UEFA prezidenti Aleksander Çeferin İtaliyada futbol infrastrukturunun vəziyyətini şərh edərkən deyib.
“İtaliyada infrastruktur, futbolun səviyyəsi və ölkənin ölçüsü ilə müqayisədə çox zəifdir. Əlbəttə, optimistliyə köklənmişəm, amma hesab edirəm ki, hökumət nəhayət infrastruktura sərmayə qoymağa başlamalıdır. Əgər ölkəniz futbola və ümumiyyətlə idmana bu qədər həvəslidirsə, daha çox iş görməlidir. Hələlik hər şeyin yaxşı olacağına ümid edirik”, – Çeferin deyib.
2032-ci ildə futbol üzrə Avropa çempionatına İtaliya və Türkiyə ev sahibliyi edəcək.