“Rusiya Federasiyasının Dövlət Duması gələn həftə Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsinin ratifikasiyası haqqında qərarın ləğvi ilə bağlı qanun layihəsinə baxa bilər”
Medianews.az xəbər verir ki, Rusiyanın dövlət dumasından bildiriblər ki, qanun layihəsinin oktyabrın 17-də birinci oxunuşda müzakirəyə çıxarılması planlaşdırılır.
Parlamentin aşağı palatasının mətbuat xidmətiqeyd edib ki, qanun layihəsi spiker Vyaçeslav Volodinin tapşırığı ilə ixtisaslaşmış komitə tərəfindən hazırlanıb. Mətbuat xidməti əlavə edib ki, o, bütün deputatları onun müəllifi olmağa dəvət edib.
Press-relizdə spikerin bu mövzu ilə bağlı açıqlamaları yer alıb. Beləliklə, Volodin bildirib ki, “23 ildir ki, biz Vaşinqtonun müqaviləni ratifikasiya etməsini gözləyirik”.