Rusiya prezidenti Vladimir Putin bu il ilk dəfə xarici ölkəyə səfər edib.
Bu barədə TASS agentliyi məlumat yayıb. Qeyd olunub ki, dövlət başçısı Qırğızıstana gəlib.
“Putin Qırğızıstana gəlib. Bu, onun ilk xarici səfəridir”, – agentlik yazıb. Bildirilib ki, Qırğızıstanın paytaxtı Bişkekdə Rusiya prezidenti üçün gərgin proqram gözlənilir.
Məlumata görə, bu gün Putin Ala-Arça iqamətgahında Qırğızıstan prezidenti Sadır Japarovla görüşəcək. “Danışıqlardan sonra ikitərəfli sənədlərin imzalanması mərasimi keçiriləcək. Prezidentlər jurnalistlərə açıqlamalar verəcəklər”, – deyə agentlik yekunlaşdırıb.