Koronavirus otoimmün xəstəliklərə yol açıb.
Medianews.az xəbər verir ki, bu barədə koreyalı alimlər danışıb.
Bu məsələ ilə bağlı xüsusi araşdırma aparılıb.
Komanda əvvəllər COVID-19 diaqnozu qoyulmuş 355 min kişi və qadının məlumatlarını təhlil edib. Bu nümunə daha sonra xəstəliyi olmayan altı milyon xəstə ilə müqayisə edilib.
Məlum olub ki, koronavirus xəstələrində müxtəlif növ alopesiyaya 12-74 faiz, vaskulitlərə 3 dəfə, Kron xəstəliyinə 68 faiz, sarkoidoza 59 faiz daha çox rast gəlinir.
Medianews.az