İsrail girovları qayıtıqdan sonra, Qəzza üçün yanacaq və su nəqlini bərpa edəcək.
Medianews.az xəbər verir ki, bu barədə İsrailin energetika naziri İsrael Katz danışıb.
“Oğurlanmış israillilər evlərinə qayıdana qədər bir dənə də olsun elektrik açarı basılmayacaq, bir dənə də olsun su kranı açılmayacaq, bir dənə də yanacaq çəni gəlməyəcək”.
“Humanitar müqabilində humanitar. Qoy heç kim bizə əxlaqı öyrətməsin” dedi Katz.
Qeyd edək ki, oktyabrın 9-da İsrail hakimiyyəti Qəzza zolağına suyun verilməsini dayandırmağı əmr edib.
Medianews.az