Amerikalı jurnalist Seymur Herş İsrail hakimiyyətinin Qəzzanı blokadada saxlamasının səbəbini açıqlayıb.
Medianews.az xəbər verir ki, jurnalist bu barədə öz sosial hesabında yazıb:
“İsrailli bir insayder mənə dedi ki, masadakı seçim Qəzza şəhərini elektrik enerjisi, qida və digər zəruri ləvazimatlar baxımından təcrid etməyə davam etməkdir”
Bundan əvvəl HƏMAS-ın siyasi bürosunun sədr müavini Musa Əbu Mərzuk bildirib ki, İsrailin Qəzza zolağında tezliklə quru əməliyyatına başlayacağı ehtimalı yoxdur.
Medianews.az